Bank Of Baku

Azay Quliyev: “Ermənistan QHT-ləri işğalçı siyasətə son qoyması üçün hökumətlərinə təsir etməlidirlər”

Azay Quliyev: “Ermənistan QHT-ləri işğalçı siyasətə son qoyması üçün hökumətlərinə təsir etməlidirlər”
# 09 dekabr 2010 09:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Ermənistanın qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın konkret çərçivəsi olmalıdır. Ermənistan QHT-ləri işğalçı siyasətə son qoyması üçün hökumətlərinə təsir etməlidirlər”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

Şura sədri Azərbaycan təşkilatlarının Ermənistan təşkilatları ilə əməkdaşlığının yaxşı hal olmadığını bildirib: “Bu qədər qaçqınlarımız, əsirlərimiz və şəhidlərimiz olduğu halda Ermənistanla heç bir əməkdaşlığa getməməliyik. Bu, yaramazlıqdır və bizə başucalığı gətirmir. Həmin əməkdaşlıqdan yalnız Ermənistan xeyir görür. Biz belə təşkilatlara layihə vermirik və əməkdaşlıq etmirik. Çox təəssüf ki, xaricdən həmin təşkilatlara yüksək məbləğdə qrant ayrılır və bizim təşkilatların bəziləri də həmin pula aldanırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR