Bank Of Baku

Milli Məclisin Elm və Təhsil Komitəsinin iclası keçirilib

Milli Məclisin Elm və Təhsil Komitəsinin iclası keçirilib
# 09 dekabr 2010 11:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Milli Məclisin Elm və Təhsil Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, komitə sədri Şəmsəddin Hacıyev bildirib ki, “Elm haqqında” qanun layihəsi yaxın günlərdə komitə üzvlərinə paylanacaq, yanvar ayında isə komitədə müzakirə olunacaq.

İclasda “Təhsil haqqında” qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi müzakirə olunub. Ş. Hacıyev deyib ki, əsasən redaktə xarakterli əlavə və dəyişikliklər 40 qanunu əhatə edir.

Daha sonra “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” qanunun qüvvədən düşmüş hesab edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR