Bank Of Baku

Şabran rayonundakı kəndlərdən birinin adı Dəvəçi olacaq

Şabran rayonundakı kəndlərdən birinin adı Dəvəçi olacaq
# 09 dekabr 2010 11:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Milli Məclisin Regional məsələlər Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda iki məsələ müzakirə olunub. Əvvəlcə Şabran rayonunun Təzəkənd kəndinin Dəvəçi adı ilə dəyişdirilməsi təklifi müzakirə edilib.

Daha sonra “Təhsil haqqında” qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Hər iki təklif müsbət qiymətləndirilib və Milli Məclisin plenar iclasına tövsiyə edlilib.

Xatırladaq ki, Şabran rayonunun əvvəlki adı Dəvəçi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR