Bank Of Baku

Şəmsəddin Hacıyev: “Yaxın vaxtlarda doktoranturaya qəbul aparılacaq”

Şəmsəddin Hacıyev: “Yaxın vaxtlarda doktoranturaya qəbul aparılacaq”
# 09 dekabr 2010 11:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Yeni “Təhsil haqqında” qanunun qəbulundan sonra doktorantura pilləsinə qəbul aparılmayıb. Artıq ikinci ildir ki, təhsilin bu pilləsinə qəbul dayandırılıb”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Onun fikrincə, bununla da Azərbaycan elmi doktoranturaya qəbul olmaq istəyən gəncləri demək olar ki, itirib: “Çünki onlar ya başqa sahə ilə məşğul olur, ya da hərbi xidmətə yollanıblar”.

Ş. Hacıyev rəhbərlik etdiyi komitənin bu məsələ ilə bağlı lazımi qurumlara müraciət etdiyini söyləyib: “Yaxın vaxtlarda doktoranturaya qəbul aparılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR