Bank Of Baku

Azərbaycanda “Memoriallar, ziyarətgahlar və anım yerləri haqqında” qanun hazırlanması təklif olunur

Azərbaycanda “Memoriallar, ziyarətgahlar və anım yerləri haqqında” qanun hazırlanması təklif olunur
# 10 dekabr 2010 12:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında komitə sədrinin müavini Rafael Hüseynov bildirib.

R. Hüseynov artıq bununla bağlı bir sıra ölkələrin qanunvericilik təcrübəsini öyrəndiyini və belə bir qanunun ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Millət vəkili qeyd edib ki, belə bir qanun Ermənistanda qalan, azərbaycanlılara məxsus qəbiristanlıqların qorunmasında da mühüm rol oynaya bilər.

Deputat Azərbaycan abidələrinin beynəlxalq təşkilatların, xüsusilə də UNESKO-nun siyahısına daxil edilməsi üçün hər bir tarixi abidə ilə bağlı ayrıca olmaqla, silsilə qanunların qəbul edilməsinə ehtiyac olduğunu vurğulayıb.

Komitənin üzvü, millət vəkili Zeynəb Xanlarova isə iclasda Məhəmməd Əmin Rəsulzadənin qəbrinin Azərbaycana gətirilməsinə və ona abidə qoyulmasına ehtiyac olduğunu deyib.

Z. Xanlarova, həmçinin qeyd edib ki, telekanallarda şou verilişlər həddən artıq çoxdur: “Uşaqlar ölkədə müharibə getməsindən xəbərsizdirlər”. Millət vəkili çıxışında Azərbaycanın mədəniyyət və turizm nazirinin ünvanına da tənqidi fikirlər səsləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR