Sülhəddin Əkbər: “İsa Qəmbər seçkilərdən sonra fikrini dəyişdi” - FOTOSESSİYA
S. Əkbər mətbuat konfransı keçirməkdə məqsədinin özünün və İbrahim İbrahimlinin Müsavat üzvlüyündən istefası ilə bağlı yaranmış informasiya boşluğunu doldurmaq, həmçinin AXCP və Müsavatın birləşməsi məsələsini ictimai müzakirəyə çıxarmaq, bu prosesə mane olanlara qarşı ictimai qınağın təşkilində jurnalistlərdən kömək istəmək olduğunu deyib.
S. Əkbərin fikrincə, Azərbaycanda yeni xalq hərəkatına ehtiyac var. Buna görə də onlar ilkin mərhələdə AXCP və Müsavatın, daha sonra isə milli-demokratik hərəkatdan çıxmış demokratik siyasi qüvvələrin birləşməsinə ehtiyac görürlər.
Müsavat Divanının noyabrın 29-da keçirilən iclasında aparılan müzakirələr haqda məlumat verən S. Əkbər AXCP-nin son qurultayında qəbul olunmuş “heç bir ön şərt irəli sürmədən birləşmə” haqqında qərarına Müsavat rəhbərliyinin hələ də münasibət bildirmədiyini xatırladıb: “Müsavat özünün 100 illiyinə superpartiya kimi getmək imkanı əldə edib. Amma bir qrup adamın şəxsi maraqları Müsavatın 100 illiyinə bu cür hədiyyə etməyə imkan vermir. Bütün bunları və birliyin baş tutmayacağı halda, hansı hadisələrin baş verəcəyini biləndən sonra biz istefa vermək qərarına gəldik. Gördük ki, istər Azərbaycanın, istər Müsavatın, istərsə də milli-demokratik düşərgənin siyasi perspektivi baxımından bizim düşüncələrimiz arasında dərin strateji fikir ayrılığı var”.
S. Əkbər qeyd edib ki, İsa Qəmbər başda olmaqla bütün Divan üzvləri iki partiyanın birləşməsini istəmirlər: “Ona görə də daha orada qalmağın mənası yox idi. Bəzi detalları danışıqlar prosesinə zərbə vurmamaq üçün açıqlaya bilmərəm. Əsas problem ondadır ki, bəziləri birləşmədən sonra İsa Qəmbərin Müsavat başqanlığından gedəcəyi halda, Əli Kərimlinin sədr seçiləcəyi və Müsavatın AXCP daxilində əriyəcəyi düşüncəsindədirlər. Çünki Müsavat Nizamnaməsində partiyanın digər partiyalarla birləşməsi yox, digər partiyaların Müsavatla birləşməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, İsa Qəmbərin yenidən Müsavat başqanı olması üçün nizamnaməyə dəyişiklik edilməlidir”.
S. Əkbər birləşmə baş tutmayacağı təqdirdə, Müsavat Partiyasından ciddi qopmaların olacağını vurğulayıb: “Hesab edirəm ki, AXCP artıq böhran mərhələsini arxada qoyub, Müsavat isə kollaps vəziyyətindədir”.
Müsavat Partiyasında “yalançı İsa Qəmbərçilər”in peyda olduğunu deyən S.Əkbər İsa Qəmbərin birləşmiş partiyanın həm mənəvi-siyasi lideri, həm də 2013-cü il prezident seçkilərində vahid namizədi olmasının mümkünlüyünü bəyan edib.
S.Əkbər “AXCP-Müsavat birliyi ideyasının müəllifi İsa Qəmbər idisə, niyə fikrindən döndü” sualını belə cavablandırıb: “İsa bəy Divanın iclasında açıq şəkildə bəyan etdi ki, mən parlament seçkilərindən öncə Müsavat başqanlığından 2-3 il çəkilməyi düşünürdüm, amma seçkilərin nəticələrindən sonra fikrimi dəyişdim və partiyanı bu vəziyyətdə qoyub gedə bilmərəm. Yəni İsa bəy fikirləşirdi ki, partiyada bir qrup iddialı adamın siyasi iddiaları parlamentdə təmsilçilik yolu ilə həll olunacaq - mənim anlayışım budur. Ortada bir ziddiyyət var - İsa Qəmbər həm fikrini dəyişdiyini deyir, həm də hətta birləşmə variantında belə başqanlıqdan gedəcəyini bildirir. Mən sual verdim ki, bu ziddiyyət necə həll olunacaq, cavab vermədi. Fikrimcə, bu halda ortada bir variant qalır - qurultayın vaxtını uzatmaq. Uzun illər Müsavat rəhbərliyində təmsil olunan bir şəxs kimi açıq deyirəm - İsa Qəmbər bu birliyin lehinə olsa, partiyada heç kim buna qarşı çıxmayacaq. İsa Qəmbər kimin başqan olmağını istəsə, o da olacaq. İsa bəy söhbətlərimizin birində mənim sualıma cavab olaraq dedi ki, özündən sonra Müsavatda parçalanma olmaması üçün ən azı 2-3 variantda planı var”.
Bundan sonrakı siyasi fəaliyyət formasına gəlincə, Müsavat Məclisinin keçmiş sədri Müsavat Partiyasının AXCP qurultayının qərarına rəsmi cavab verməsinə qədər heç bir partiyaya getməyəcəyini bəyan edib: “Əsas fəaliyyət istiqamətim bu prosesə ictimai dəstəyi təmin etməkdir. Birləşməyə inamım kəskin azalsa da, tam itirməmişəm. Birləşmə olsa, mən də, İbrahim İbrahimli də birləşmiş partiyanın üzvü olacağıq”.
S. Əkbər bildirib ki, o, Müsavat başqanlığına da iddiasının olmadığını, bu vəzifəyə Vurğun Əyyubu layiq gördüyünü bəyan edib: “Hətta Adil Qeybulla vasitəsilə Nəsib Nəsibliyə xəbər göndərmişəm ki, Vurğun bəy başqanlığa iddialı olmasa, mən Nəsib bəyi dəstəkləməyə hazıram”.
S. Əkbər İbrahim İbrahimlinin “İsa Qəmbərə əl uzatdım, əlimi sıxmadı” ifadəsinin doğruluğunu təsdiqləyib: “Mən isə heç kimə əl uzatmadım”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Reuters: Aİ Çinlə ticarət danışıqlarında oktyabradək konkret nəticələr əldə etməyə ümid edir
Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır
Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzadıb
ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb
Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb
UEFA Avropa Liqası: “Beşiktaş” böyük hesablı qələbə qazanıb
Makron Fransada yanacağın qiymətlərini dözülməz adlandırıb
Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
ABŞ İranın əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak üçün viza verib
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq