Bank Of Baku

Milli Məclisin Mədəniyyət komitəsinin yeni tərkibdə ilk iclası keçirilib

Milli Məclisin Mədəniyyət komitəsinin yeni tərkibdə ilk iclası keçirilib
# 10 dekabr 2010 14:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin yeni tərkibdə ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclasda öncə komitənin qarşısında duran vəzifələr və qarşıdakı sessiyalarda görəcəyi işlər barədə məlumat verilib.

İclasda «İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında» qanunun və “Təhsil haqqında” qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında məsələyə baxılıb.

Qeyd olunub ki, bununla əlaqədar olaraq «Televiziya və radio yayımı haqqında» qanuna əlvə təklif olunur. Həmin əlavəyə əsasən dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının proflaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayaraq efir vaxtı ayrılmalıdır. Eyni zamanda həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin olunmalıdır. Həmçinin «İctimai televiziya və radio yayımı haqqında» qanuna da eyni məzmunda bənd əlavə olunması təklif edilib.

Daha sonra deputatlar müxtəlif məsələlərlə bağlı öz təkliflərini irəli sürüblər.

Sonda qanun layihələrinə əlavə və dəyişikliklər parlamentin iclasına tövsiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR