Bank Of Baku

Baş Prokurorluqda Heydər Əliyevin vəfatının 7-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Baş Prokurorluqda Heydər Əliyevin vəfatının 7-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
# 10 dekabr 2010 15:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Dekabrın 10-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda ümummilli lider Heydər Əliyevin vəfatının 7-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzüblər. Mərasimdə məruzə ilə çıxış edən baş prokuror vəzifəsini icra edən Rüstəm Usubov bildirib ki, Azərbaycan Respublikasının 1969-cu ildən başlamaqla 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövrdə müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub. O, həmçinin qeyd edib ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub.

Mərasimin sonunda ulu öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev fenomeni” filmi nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR