Bank Of Baku

Bakı Dövlət Universitetində Heydər Əliyevə həsr olunmuş foto-sərgi açılıb – FOTOSESSİYA

Bakı Dövlət Universitetində Heydər Əliyevə həsr olunmuş foto-sərgi açılıb – <font color=red>FOTOSESSİYA</font>
# 11 dekabr 2010 11:57 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakı Dövlət Universitetində “Heydər Əliyev. “RİA-Novosti”nin foto-xronikasından” adlı foto-sərginin açılışı olub. APA-nın xəbərinə görə, açılışda BDU-nun rektoru Abel Məhərrəmov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və tələbələr iştirak edib.

V. Doroxin çıxışında H. Əliyevin təkcə azərbaycanlılar deyil, rusiyalılar üçün də əhəmiyyətli siyasi xadim olduğunu deyib. O, mərhum prezidentin SSRİ rəhbərliyində yüksək vəzifələrdə çalışdığını xatırladıb: “İnsanlar ona ümid bəsləyirdilər, onun potensialını bilirdilər. O, vətəndaşların inamını qazanmışdı”. V. Doroxin H. Əliyevin Rusiya ilə Azərbaycan arasında münasibətlərin əsasını qoymuş şəxsiyyət kimi xatırlanacağını vurğulayıb.

Qeyd edək ki, BDU-nun dəstəyi ilə Rusiya səfirliyi tərəfindən təşkil olunan ekspozisiya H. Əliyevin 1970-2002-ci illərdəki həyat və fəaliyyətinin səhifələrini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR