Bank Of Baku

Azərbaycan parlamentində yeni müxalifət qrupu yaradılıb

Azərbaycan parlamentində yeni müxalifət qrupu yaradılıb
# 13 dekabr 2010 12:01 (UTC +04:00)
Bu barədə APA-ya Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Qəzənfəroğlu məlumat verib.

Onun sözlərinə görə, “İslahat” adlanacaq parlament müxalifəti qrupunda Böyük Quruluş, Ədalət və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları təmsil olunacaq: “Adı çəkilən partiyalar 7 noyabr parlament seçkilərinə “İslahat” bloku kimi qatılıb. Ona görə də müttəfiqliyimizi davam etdirmək qərarına gəldik. Hazırda deputat qrupunun əsasnaməsi üzərində iş gedir. Dekabrın 21-də “İslahat” deputat qrupunun yaradılması rəsmən elan olunacaq”.

Xatırladaq ki, bu il noyabrın 7-də IV çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə “İslahat” blokunda birləşən partiyalar 3 deputat mandatı qazanıb. BQP başqanı Fazil Qəzənfəroğlu, Ədalət Partiyasının sədri İlyas İsmayılov və BAXCP sədri Qüdrət Həsənquliyev deputat seçiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR