Bank Of Baku

AXCP Müsavatla əməkdaşlığı bu partiyanın qurultayına qədər davam etdirəcək

AXCP Müsavatla əməkdaşlığı bu partiyanın qurultayına qədər davam etdirəcək
# 13 dekabr 2010 13:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bizim Müsavat Partiyası ilə bu il keçirilmiş parlament seçkilərində müttəfiqlik münasibətlərimiz olub. Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqləyəndən sonra “AXCP-Müsavat” blokunun ömrü də bitmiş sayılır. Ancaq AXCP-nin bu gün keçirilən Rəyasət Heyətinin iclasında Müsavat Partiyası ilə münasibətlər müzakirə olundu və qərara gəldik ki, Müsavatla bu partiyanın qurultayına qədər müttəfiqlik münasibətləri davam etdirilsin”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, Müsavat Partiyasının qurultayından AXCP-nin V (VIII) qurultayında verilmiş qərara adekvat qərar gözlədiklərini bildirib: “Müsavatın birləşmə qərarından sonra bizim əməkdaşlıq münasibətlərimiz daha yüksək fazaya keçəcək. Ona görə də qərara gəldik ki, partiyaların birləşməsinə qədər müttəfiqlik münasibətləri davam etdirilsin. Əgər Müsavat AXCP-nin qərarına adekvat qərar verməsə, məsələni müzakirə edib, uyğun fikrimizi bildirərik”.

Qeyd edək ki, bu il sentyabrın 25-də AXCP-nin V (VIII) qurultayında Müsavat Partiyası ilə birləşmək haqqında qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR