Bank Of Baku

AMİP rəhbərliyi ABŞ diplomatı ilə görüşüb

AMİP rəhbərliyi ABŞ diplomatı ilə görüşüb
# 13 dekabr 2010 14:04 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə və partiyanın baş katibi Arzuxan Əlizadə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Bricet Buçetlə (Brigette Buchet) görüşüblər. AMİP-dən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda keçirilən seçkilər, seçki sonrası vəziyyət, ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub.

Xanım Buçet bildirib ki, ABŞ Azərbaycanda hər zaman demokratik dəyərlərin inkişaf etməsində maraqlı olub və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Y. Bağırzadə isə Azərbaycanda demokratik institutların formalaşmasında ABŞ-ın rolunu yüksək qiymətləndirib və bunu daha da inkişaf etdirəcəyinə ümid etdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR