Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Belarusda keçiriləcək seçkilərdə müşahidəçilik edəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Belarusda keçiriləcək seçkilərdə müşahidəçilik edəcək
# 15 dekabr 2010 12:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minsk şəhərində səfərdə olacaq. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd dekabrın 19-da Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.

Müşahidə missiyası Belarus Mərkəzi Seçki Komissiyası sədrinin dəvəti əsasında həyata keçiriləcək. M. Pənahovu səfər zamanı MSK katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının digər bir əməkdaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qısamüddətli müşahidə missiyasının tərkibində Belarusda keçiriləcək prezident seçkilərində müşahidəçilik missiyası həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR