Bank Of Baku

Əli Orucov: “Parlament seçkilərinin nəticələrindən narazı qalan sabiq deputatlığa namizədlərin forumunu öz adlarına çıxmaq istəyənlər var”

Əli Orucov: “Parlament seçkilərinin nəticələrindən narazı qalan sabiq deputatlığa namizədlərin forumunu öz adlarına çıxmaq istəyənlər var”
# 15 dekabr 2010 13:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Parlament seçkilərinin nəticələrindən narazı qalan sabiq deputatlığa namizədlərin forumunu öz adlarına çıxmağa cəhd edənlər var”.

Bu açıqlamanı APA-ya AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov verib. Onun sözlərinə görə, Müsavat Partiyası və AXCP bu istiqamətdə aparılan işlərdə öz üstünlüklərini nümayiş etdirməyə çalışır: “Bu cür təqdimat yanlışdır. Burada bir-iki partiyanın təşəbbüsündən yox, zərurətdən doğan bir tədbirin keçirilməsindən söhbət gedir. Bu forumun təşəbbüskarları bir sıra partiyalardır. Hesab edirəm ki, belə mötəbər tədbirin hansısa partiyaların adına bağlanması, bunun xüsusi şəkildə qabardılması doğru deyil”.

Ə. Orucov qeyd edib ki, bu, müxalifətin birləşmək istiqamətində atdığı addımlara xələl gətirə bilər: “Bu cür təqdimatdan çəkinmək lazımdır. Şifahi olaraq həmin tərəflərə etirazımızı və iradımızı bildirmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR