Bank Of Baku

YAP Qadınlar Şurasının üzvləri ilə Milli Məclisin qadın deputatları arasında görüş keçirilib - FOTOSESSİYA

YAP Qadınlar Şurasının üzvləri ilə Milli Məclisin qadın deputatları arasında görüş keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 dekabr 2010 14:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatında YAP Qadınlar Şurasının üzvləri ilə Milli Məclisin qadın deputatları arasında görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Milli Məclisin sədr müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, YAP-çı və bitərəf qadın deputatlar çıxış edib. Tədbirdə Azərbaycan siyasətində qadınların rolu, erkən nikahlar və digər məsələlər barədə danışılıb.

YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva çıxışında orta məktəblərdə hicab probleminə toxunub: “Başımızı örtmək Allahın qoyduğu yoldur. Ancaq elə qızlar var ki, başını bağlayır, amma heç kəlmeyi-şəhadətini bilmir. Biz belələrinə qarşı mübarizə aparmalı deyilik, təbliğat aparmalıyıq. Qoy onlar oruc tutub namaz qılsınlar, nə olar, başlarını da bağlasınlar. Ancaq qismətlərini Allahdan gözləyən olmasınlar, elmli-təhsilli olsunlar, cəmiyyətdə yer tutsunlar”.

Milli Məclisin sədr müavini Bahar Muradova isə bildirib ki, IV çağırış Milli Məclisdə parlament üzvü olan qadınların sayı 20-dək artıb: “Həmin deputatlardan 14 nəfəri YAP-ın üzvləridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR