Bank Of Baku

Aydınlar Partiyasının “Qarabağ” siyasi birliyində təmsilçiliyi məsələsinə sabah aydınlıq gələcək

Aydınlar Partiyasının “Qarabağ” siyasi birliyində təmsilçiliyi məsələsinə sabah aydınlıq gələcək
# 17 dekabr 2010 15:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Aydınlar Partiyasının “Qarabağ” siyasi birliyində təmsilçiliyi məsələsinə sabah aydınlıq gələcək”.

Bu açıqlamanı APA-ya Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli verib. Q. Əlibəyli bildirib ki, partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı sabah - dekabrın 18-də qurumun Siyasi Şurasının iclası keçiriləcək. Bu toplantıda Aydınlar Partiyasının “Qarabağ” siyasi birliyində təmsilçiliyi məsələsi müzakirə olunacaq və qərar veriləcək.

Aydınlar Partiyasının “Qarabağ” siyasi birliyində təmsil olunması ilə bağlı öz mövqeyini də açıqlayan Q. Əlibəyli qeyd edib ki, ümumiyyətlə bir neçə siyasi partiyanın birlik yaratmasını müsbət dəyərləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR