Bank Of Baku

Azərbaycanın Hərbi Doktrinasından irəli gələn bir sıra müdafiə sənədləri Milli Məclisin gələn ilin yaz sessiyasında müzakirəyə çıxarılacaq

Azərbaycanın Hərbi Doktrinasından irəli gələn bir sıra müdafiə sənədləri Milli Məclisin gələn ilin yaz sessiyasında müzakirəyə çıxarılacaq
# 18 dekabr 2010 09:45 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

Parlamentə təqdim olunacaq sənədlər arasında Strateji Müdafiə İcmalı, konkret sahələri (hərbi, siyasi və iqtisadi) əhatə edən idarəedici sənədlər var.

Bununla yanaşı, parlamentin yaz sessiyasında bir sıra hərbi qanunvericilik aktlarının, o cümlədən hərbi nizamnamələrin, xüsusilə döyüş nizamnamələrinin, hərbi xidmət keçmə, səfərbərlik və s.-lə bağlı qanunların Hərbi Doktrinanın müddəalarına uyğunlaşdırılmasına dair layihələrin müzakirəsi də planlaşdırılır. Hazırda müzakirə olunan və parlamentə təqdim edilməsi gözlənilən təkliflər arasında silahlı qüvvələr üzərində demokratik nəzarətin təşkilinə dair layihənin olduğu da bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR