Bank Of Baku

Quba Soyqırımı Memorial Xatirə Kompleksi gələn ilin sonunadək tam hazır olacaq

Quba Soyqırımı Memorial Xatirə Kompleksi gələn ilin sonunadək tam hazır olacaq
# 20 dekabr 2010 12:48 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Quba Soyqırımı Ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Qəhrəman Ağayev bildirib ki, artıq kompleksin təməlinin qoyulma prosesi başa çatıb. Hazırda Azərbaycanın “Aykon” şirkəti tikintini davam etdirir.

Ekspedisiya rəisinin sözlərinə görə, bu kompleks hazır olduqdan sonra muzey statusu ilə deyil, elə xatirə kompleksi statusu ilə fəaliyyət göstərməlidir: “Çünki bu, türk aləminə qarşı törədilən soyqırımın xatirəsinə həsr olunub. Bu kompleks Arxeologiya və Etnoqrafiya İnstitutu və Heydər Əliyev Fondunun birgə tabeçiliyi ilə fəaliyyət göstərməli və onlar tərəfindən qorunmalıdır”.

Q. Ağayev deyib ki, bu kompleksdən təxminən 200 metr aralıda – Quba məzarlığında da kompleks tikiləcək. Kompleksin layihəsi artıq hazırdır. Həmin kompleksin ətrafı görünməyən şüşədən ibarət olacaq, kompleksin daxilində məzarlıq olduğu kimi saxlanılacaq. Məzarlıqdakı sümüklərin dərmanlanması prosesi başa çatdıqdan sonra bu kompleksin də tikintisinə başlanılacaq. Ekspedisiya rəisi məzarlıqdakı quyuda olan sümüklərdə parçalanma prosesinin hazırda sürətlə davam etdiyini, təcili tədbirlərin görülməsinin vacibliyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR