Bank Of Baku

Sülhəddin Əkbər və İbrahim İbrahimli bütün müxalifət partiyalarının rəhbərləri ilə görüş keçirəcəklər

Sülhəddin Əkbər və İbrahim İbrahimli bütün müxalifət partiyalarının rəhbərləri ilə görüş keçirəcəklər
# 20 dekabr 2010 14:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasından istefa vermiş Sülhəddin Əkbər və İbrahim İbrahimli bütün müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirəcəklər. Bu barədə APA-ya İ. İbrahimli məlumat verib. O, ilk olaraq AXCP sədri Əli Kərimli ilə görüşmələrinin səbəbi kimi AXCP-nin Müsavat Partiyası ilə birləşmək barədə qərar vermiş olduğunu göstərib: “Bu sıraya Azərbaycan Demokrat, Klassik Xalq Cəbhəsi, Azərbaycan Milli İstiqlal partiyalarını aid etmək olar. Həmçinin, ictimai birliklərin rəhbərləri ilə də görüşlərimiz nəzərdə tutulub”.

İ. İbrahimli qeyd edib ki, görüşlərdə ölkədəki ictimai-siyasi durum müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR