Bank Of Baku

Müsavat Məclisinə yalnız bir nəfər namizədliyini irəli sürüb

Müsavat Məclisinə yalnız bir nəfər namizədliyini irəli sürüb
# 20 dekabr 2010 15:13 (UTC +04:00)
Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. O bildirib ki, Məclis sədrliyinə namizədliyini yalnız bir nəfər – sabiq millət vəkili, Müsavat Partiyası başqanının müavini Arzu Səmədbəyli irəli sürüb.

Müsavat Məclisinin növbəti sessiyası dekabrın 26-da keçiriləcək və Məclisin yeni sədri həmin gün seçiləcək. Namizəd yeganə olduğundan Müsavat Məclisinin sədri vəzifəsinə Arzu Səmədbəylinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Müsavat Məclisinin əvvəlki sədri Sülhəddin Əkbər partiyanın strateji kursu ilə razılaşmadığını əsas gətirərək partiyadan istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR