Bank Of Baku

Müsavat Partiyasının Məclisindəki 25 yerə 31, Divandakı 3 yerə isə 6 nəfər namizədliyini irəli sürüb

Müsavat Partiyasının Məclisindəki 25 yerə 31, Divandakı 3 yerə isə 6 nəfər namizədliyini irəli sürüb
# 20 dekabr 2010 15:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasının Məclisindəki 25 yerə 31, Divandakı 3 yerə isə 6 nəfər öz namizədliyini irəli sürüb. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. O, Divan üzvlüyünə namizədlərin adlarını da açıqlayıb. Bunlar Tofiq Yaqublu, Tural Abbaslı, İkram İsrafil, Sevinc Hüseynova, Vəfa Cümşüdlü və Hamlet Səfixanlıdır.

A. Hacılı Divanının son iclasında partiya Məclisinin dekabrın 26-da keçiriləcək toplantısında müzakirəyə çıxarılacaq məsələlərin müzakirə olunduğunu bildirib: “Toplantıda 2011-ci il üçün fəaliyyət proqramı qəbul ediləcək. Həmçinin müxalifət partiyalarının inteqrasiyası və digər məsələlərlə bağlı müzakirələr aparılacaq. 2011-ci ilin “Müsavat ili” elan olunması ilə əlaqədar müəyyən qərarların qəbul edilməsi gözlənilir”.

Məclisdə Müsavat Partiyasının növbəti qurultayı ilə bağlı təşkilati-texniki qərarların qəbul edilməsi də planlaşdırılır.

Qeyd edək ki, Müsavat Məclisinin növbəti sessiyası dekabrın 26-da keçiriləcək və Məclis sədri vəzifəsinə, Divan və Məclis üzvlüyünə seçki keçiriləcək. Məclis sədri vəzifəsinə, Divan və Məclis üzvlüyünə iddiaçıların ərizələrinin qəbulu dekabrın 20-də saat 18:00-da başa çatıb. Məclis sədrliyinə yalnız bir nəfər – sabiq millət vəkili, Müsavat Partiyası başqanının müavini Arzu Səmədbəyli öz namizədliyini irəli sürüb. Xatırladaq ki, Müsavat Məclisinin əvvəlki sədri Sülhəddin Əkbər partiyanın strateji kursu ilə razılaşmadığını əsas gətirərək partiyadan istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR