Bank Of Baku

AXCP Ali Məclisinin sədri: “Müsavatın ayrı-ayrı funksionerlərinin açıqlamalarını ciddi qəbul etmirik, İsa bəy sözünün arxasında durmalıdır”

AXCP Ali Məclisinin sədri: “Müsavatın ayrı-ayrı funksionerlərinin açıqlamalarını ciddi qəbul etmirik, İsa bəy sözünün arxasında durmalıdır”
# 21 dekabr 2010 12:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Müsavat Partiyası ilə birləşmə məsələsində AXCP olaraq biz tərəfdən nə lazımdırsa, edilib, qarşı tərəfin mövqeyini gözləyirik. İndi söz qarşı tərəfindir”. Bunu APA-ya açıqlamasında AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib. O bildirib ki, Müsavat Partiyasının ayrı-ayrı funksionerlərinin mətbuatdakı açıqlamalarından birləşmə mövzusunda tərəddüdləri hiss olunur: “Ancaq son qərarı həmin funksionerlər deyil, partiyanın Divanı, Məclisi, yaxud qurultayı verir. Ona görə də biz Müsavatın ayrı-ayrı funksionerlərinin açıqlamalarını ciddi qəbul etmirik, partiyanın rəsmi orqanının qərarını gözləyirik”.

H. Kərimov Müsavat Partiyasında AXCP ilə birləşmə tərəfdarlarının sayının çox olduğunu, ona görə də bu məsələ ilə bağlı müsbət cavab gözlədiklərini bildirib: “Müsavatın rayon təşkilatlarında birləşmə ilə bağlı xeyli pozitiv fikir var, mənim müşahidələrimə görə, birləşmə tərəfdarları üstünlük təşkil edir. Ümidliyəm ki, tərəddüd edən şəxslər nəhayət müsbət qərar qəbul etməyə meyllənə bilərlər”.

H. Kərimov Müsavat başqanı İsa Qəmbərin AXC-nin ildönümündə etdiyi çıxışı da xatırladıb: “Bu birlik təşəbbüsü 16 iyul 2010-cu il tarixdə - AXC-nin yaranmasının ildönümündə İsa Qəmbər tərəfindən meydana atılıb. Ona görə də İsa bəy verdiyi sözün arxasında durmalı, birlik ideyasını müdafiə etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR