Bank Of Baku

Milli Məclis 19 məsələyə baxıb

Milli Məclis 19 məsələyə baxıb
# 21 dekabr 2010 15:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər qəbul olunub. APA-nın məlumatına görə, iclasda ümumilikdə 19 məsələyə baxılıb.

Milli Məclis “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu (ikinci səsvermədə), türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısının Bəyannaməsi, Azərbaycan, Gürcüstan, Rumıniya prezidentlərinin və Macarıstan baş nazirinin Bakı Bəyannaməsi, “Yol nişanları və siqnalları haqqında” Konvensiya, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa sazişi, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa sazişinin “Yolların nişanlanması barədə” Protokolu, “Azərbaycan daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavələr, Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər, Əmək Məcəlləsinə və “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər edib. Həmçinin “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr olunub, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” qanunun qüvvədən düşməsi barədə qanun layihəsi, “Təhsil haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə layihələr təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR