Bank Of Baku

Adil Qeybulla: “Müsavatda bundan sonrakı fəaliyyətim barədə Məclisin dekabrın 26-da keçiriləcək toplantısından sonra qərar verəcəyəm”

Adil Qeybulla: “Müsavatda bundan sonrakı fəaliyyətim barədə Məclisin dekabrın 26-da keçiriləcək toplantısından sonra qərar verəcəyəm”
# 22 dekabr 2010 09:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Düşünmürdüm ki, Məclis sədri olmaq təklifimə partiyada belə reaksiya ola bilər. Çünki partiyanı quranlardan biri də mənəm. Müsavat Partiyasında mənə qarşı etimadsızlıq mühiti var. Ona görə də Müsavatda bundan sonrakı fəaliyyətim barədə ciddi şəkildə düşünürəm. Partiya Məclisinin dekabrın 26-da keçiriləcək toplantısından sonra qərar verəcəyəm. Hələlik konkret qərarım yoxdur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Adil Qeybulla deyib.

Müsavat Məclisindən sonra partiyadan çıxmaq ehtimalı olub-olmadığı barədə suala isə A. Qeybulla “o da ola bilər” cavabını verib: “Yaxud, partiyada qalaramsa, fəaliyyətimi hansı formada davam etdirəcəyimə dair qərar verəcəyəm. Bütün bunlar barədə ciddi şəkildə düşünürəm”.

A. Qeybulla Divanın sonuncu iclasından sonra Müsavat başqanı ilə təklikdə görüşmədiyini deyib: “Danışmağa sadəcə lüzum qalmadı. Görüşəsi olsam, hər halda bu, daxilimdə qərar verdikdən sonra olacaq”.

O, Müsavat Partiyasından gedəcəyi təqdirdə, bunun Sülhəddin Əkbərlə İbrahim İbrahimlinin istefası ilə əlaqəsinin olmayacağını bildirib: “Bu onların öz qərarları idi, buna müdaxilə edə bilmərəm. Hər halda, onların məsələsi ilə mənim məsələm arasında heç bir əlaqə yoxdur, tamam başqa situasiyadır”.

A. Qeybulla Müsavat Məclisinin dekabrın 26-da keçiriləcək iclasında iştirak etməyəcəyini də bildirib.

Xatırladaq ki, Müsavat Məclisinin sədrliyinə yalnız bir nəfər - Arzu Səmədbəyli namizədliyini irəli sürüb. A. Qeybullanın Məclis sədri olmaq fikri olsa da, Divanın sonuncu iclasında ona etimadsızlıq göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR