Bank Of Baku

Sabir Rüstəmxanlı: “Parlamentdə müxalifət fraksiyasının yaradılması mümkün deyil”

Sabir Rüstəmxanlı: “Parlamentdə müxalifət fraksiyasının yaradılması mümkün deyil”
# 22 dekabr 2010 09:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Parlamentdə müxalifətdən olan deputatların fraksiyasının yaradılması mümkün deyil”. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

S. Rüstəmxanlı bildirib ki, əslində müxalifətçi deputatların parlamentdə birgə fəaliyyət göstərməsində ciddi əngəl görmür: “Faktiki olaraq müxalifətçi deputatlar parlamentdə birgə fəaliyyət göstərirlər, yəni əlaqəli işləyirlər. Bunun rəsmiləşdirilməsi, rəsmi qrupa çevrilməsi mümkün deyil. Çünki bizdə fraksiyanın yaradılması ilə bağlı məhdudiyyət qoyulub. Yalnız 25 deputat bir araya gələndə fraksiya yaradıla bilər. Bu da bizdə mümkün deyil. Digər tərəfdən, YAP da fraksiya yaratmır. Bunu da misal kimi göstərirlər. Müxalifətdən bu sayın tələb olunması isə əslində parlamentin təkpartiyalı parlamentə çevrilməsi niyyəti daşıyır. Bu da Azərbaycanın beynəlxalq imicinə uyğun gəlmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR