Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasında Qarabağ mövzusu üzrə maliyyələşdirilmiş layihələrə dair toplantı keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasında Qarabağ mövzusu üzrə maliyyələşdirilmiş layihələrə dair toplantı keçirilib
# 22 dekabr 2010 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında 2010-cu ildə Qarabağ mövzusu üzrə maliyyələşdirilmiş layihələrə dair toplantı keçirilib. APA-nın məlumatına görə, tədbirə Dağlıq Qarabağ münaqişəsinin öyrənilməsi və beynəlxalq ictimaiyyə çatdırılmasında iştirak edən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

Şura sədri Azay Quliyev bildirib ki, bu il rəhbərlik etdiyi qurum tərəfindən Qarabağ və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması mövzusu üzrə 52 layihənin maliyyələşdirilməsinə 302 min 49 manat vəsait ayrılıb. Maliyyələşdirilmiş layihələrin sayı 2009-cu illə müqayisədə 2 dəfə çox olub. Ümumilikdə bu layihələrdə 253 nəfər işə cəlb olunub.

Layihələrin müsbət nəticələr verdiyini deyən A. Quliyev hesabat dövründə 14 müxtəlif mövzuda kitab, buklet və broşur nəşr olunduğunu açıqlayıb. Bunların 8-i xarici dillərdə olub. Həmçinin müxtəlif dillərdə 9 internet səhifəsi yaradılıb, 7 sənədli film çəkilişi maliyyələşdirilib: “Şura bundan sonra belə layihələrə daha diqqətlə yanaşacaq. Biz artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə qorunması ilə bağlı yeni bir mövzu da qoymuşuq”.

Daha sonra QHT rəhbərləri fəaliyyətləri və həyata keçirdikləri layihələr barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR