Bank Of Baku

AMİP qərargahında müxalifət partiyaları rəhbərlərinin görüşü keçirilib

AMİP qərargahında müxalifət partiyaları rəhbərlərinin görüşü keçirilib
# 22 dekabr 2010 12:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında müxalifət partiyaları rəhbərlərinin görüşü keçirilib. Bu barədə APA-ya AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib.

Görüşdə Müsavat partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, sabiq deputat Pənah Hüseyn, AMİP sədri Yusif Bağırzadə və partiyanın baş katibi Arzuxan Əlizadə iştirak edib.

Toplantıda müxalifətin inteqrasiyası, birgə əməkdaşlıq imkanları, gələcəkdə birgə atılacaq addımlar, həmçinin müxalifətin dekabrın 28-də keçiriləcək III forumu müzakirə olunub. Görüşdə müxalifətin “Xalq Məclisi” (İctimai Palata) yaradılması ilə bağlı təklif də müzakirə edilib. Bu məsələ ilə bağlı yekun qərarın dekabrın 28-də Müsavat Partiyasının qərargahında keçiriləcək forumda veriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR