Bank Of Baku

Aydınlar Partiyası “Qarabağ” siyasi partiyalar birliyində təmsil olunmaqdan imtina edib

Aydınlar Partiyası “Qarabağ” siyasi partiyalar birliyində təmsil olunmaqdan imtina edib
# 22 dekabr 2010 14:30 (UTC +04:00)
Bu barədə APA-ya Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli açıqlama verib. Q. Əlibəyli deyib ki, bu gün partiyanın Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanın seçkidən sonrakı fəaliyyət istiqamətləri müzakirə olunub. Siyasi Şura qərara alıb ki, indiki mərhələdə Aydınlar Partiyasının hansısa siyasi birlikdə təmsil olunması məqsədəuyğun hesab edilməsin. Partiya əsasən ikitərəfli əməkdaşlığa üstünlük verəcək.

Q. Əlibəyli bildirib ki, təmsil etdiyi təşkilatın bu qərarı Aydınlar Partiyasının “Qarabağ” blokunda seçki prosesi zamanı birgə fəaliyyət göstərdiyi Ümid və Demokrat partiyaları ilə əlaqələrinə xələl gətirməyəcək.

Qeyd edək ki, bir neçə gün öncə “Qarabağ” bloku seçki prosesinin başa çatması ilə əlaqədar fəaliyyətini dayandırıb. Blok həmtəsisçiləri Ümid Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) blokun birlik kimi fəaliyyətini davam etdirməsi ilə bağlı qərar veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR