Bank Of Baku

Sərdar Cəlaloğlu: “Aydınlar Partiyası öz gələcəyini özü seçib”

Sərdar Cəlaloğlu: “Aydınlar Partiyası öz gələcəyini özü seçib”
# 22 dekabr 2010 15:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ADP və Ümid Partiyasının rəhbərləri Aydınlar Partiyasının yeni təsis olunacaq “Qarabağ” siyasi birliyinə daxil olmamaqla bağlı qərarına münasibət bildiriblər. Sərdar Cəlaloğlu APA-ya açıqlamasında deyib ki, Aydınlar Partiyasının qərarının qurumun təsis edilməsinə mənfi təsiri olmayacaq: “Bu, onların öz seçimidir. Gələcəklərini özləri seçiblər”.

Aydınlar Partiyası ilə əlaqələrinə ciddi xələl gəlib-gəlməyəcəyinə dair sualı cavablandıran ADP sədri onsuz da həmin qurumla ciddi əlaqələri olmadığını vurğulayıb: “Yeni yaradılmış və siyasi proseslərdə bişməmiş partiya olmalarına baxmayaraq, seçki dövründə kompromis nümayiş etdirərək blokda iştiraklarına şərait yaratdıq. Yəni seçki dövründə əməkdaşlığımız olub, ondan uzağa gedən birgə fəaliyyətimiz yox idi”.

S. Cəlaloğlu “Qarabağ” siyasi birliyinin yaradılması ilə bağlı bu həftə yekun qərarın açıqlanacağını bəyan edib: “Birliyə daxil olmaq istəyən partiyalara məhdudiyyət qoyulmayacaq”.

İqbal Ağazadə isə Aydınlar Partiyasının qərarını normal qəbul edib: “İstərdik ki, bir yerdə fəaliyyət göstərək. Seçki bloku ADP və Ümid tərəfindən təsis olunub. Aydınlar Partiyası sonradan bu bloka gəlib. Biz yox, Aydınlar Partiyası bloka qoşulmaq üçün müraciət edib. Seçki zamanı birgə fəaliyyət göstərdik, indi də siyasi birlikdə təmsil olunmaq niyyətindəydik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR