Bank Of Baku

Bahar Muradova: “Ermənistanın müharibəyə hazırlaşması və qalib gələcəyi barədə bəyanatlar əsassızdır, daxili auditoriyaya hesablanıb”

Bahar Muradova: “Ermənistanın müharibəyə hazırlaşması və qalib gələcəyi barədə bəyanatlar əsassızdır, daxili auditoriyaya hesablanıb”
# 23 dekabr 2010 09:29 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, danışıqlar prosesi və Ermənistanın bu prosesdə qeyri-konstruktiv iştirakı ona qarşı təzyiqləri artırır: “Baxmayaraq ki, zahirən proseslərin gedişi Ermənistanın maraqlarına uyğun kimi görünür, amma bu belə deyil. Əvvəl-axır beynəlxalq hüquq prinsipləri bu kimi konfliktlərin həllində rəhbər tutulacaq. Astana sammitində “3+2” formatında verilən bəyanat da məhz ondan əvvəlki danışıqlar prosesindəki şərtlərə istinad edərək məsələnin sülh yolu ilə həllini nəzərdə tutur. Bu mənada Ermənistanın müharibəyə hazırlaşması və bunu udacaqları barədə bəyanatları əsassızdır. Bütün bunlar Ermənistan cəmiyyətinə hesablanıb, daxildə bu ölkənin rəhbərliyinə qarşı təzyiqlərin qarşısını almağa yönəlib. Nəzərə alsaq ki, onlar müharibəni yox, döyüşü udublar, Azərbaycanın öz ərazisini beynəlxalq hüquq çərçivəsində azad etmək imkanı qalır. Azərbaycan bu hüquqdan yeri gələndə istifadə edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR