Bank Of Baku

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanı NATO Parlament Assambleyasında təmsil edəcək deputatlarla işgüzar görüş keçirib

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanı NATO Parlament Assambleyasında təmsil edəcək deputatlarla işgüzar görüş keçirib
# 23 dekabr 2010 12:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanı NATO Parlament Assambleyasında təmsil edəcək deputatlarla işgüzar görüş keçirib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, üzvlər Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev iştirak edib. Görüşdə Azərbaycanın mötəbər beynəlxalq qurumlarla, o cümlədən NATO PA ilə əlaqələrinin əhəmiyyətindən və Avratlantik strukturlarla əməkdaşlığın perspektivlərindən danışılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR