Bank Of Baku

YAP-ın təşkilatçılığı ilə “XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası” mövzusunda konfrans keçirilib - FOTOSESSİYA

YAP-ın təşkilatçılığı ilə “XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası” mövzusunda konfrans keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 dekabr 2010 12:34 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə YAP rəhbərliyi, baş nazirin müavinləri Yaqub Eyyubov və Əli Həsənov, təhsil naziri Misir Mərdanov, kənd təsərrüfatı naziri İsmət Abbasov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, komitə sədrləri, Milli Məclis sədrinin müavinləri, YAP-ın hazırkı və sabiq deputatları, siyasi partiyaların sədrləri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib ki, “XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası” mövzusunda konfransın məhz dekabrın 23-də keçirilməsi təsadüfi deyil. Ə. Əhmədov dekabrın 24-də Heydər Əliyevin davamçısı prezident İlham Əliyevin doğum günü olduğunu xatırladaraq tədbir iştirakçıları adından onu təbrik edib, İ. Əliyevə möhkəm can çağlığı, Azərbaycanın rifahı və Qarabağ probleminin həlli yolunda atacağı addımlarda uğurlar arzulayıb.

Baş nazirin müavini Əli Həsənov deyib ki, bəziləri İlham Əliyev prezident olan vaxt bu işin öhdəsindən gələ bilməyəcəyini düşünsələr də, yanılıblar: “Əslində cənab İlham Əliyev 30 il müddətində ulu öndər hansı qərarı qəbulu edib, hansı addımı atıb, bunların hamısını öyrənib. Həm də nəzərə alaq ki, cənab İlham Əliyev Heydər Əliyev məktəbindən dərs almışdı, prezident olan vaxt tam yetkinləşmişdi”.

Tədbirdə kənd təsərrüfatı naziri İsmət Abbasov və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı çıxış edərək İ. Əliyevin Azərbaycana prezidentlik etdiyi son 7 ildə əldə olunan iqtisadi, sosial və digər uğurlarla bağlı məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, İlham Əliyev ölkə prezidenti olandan sonra son 7 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə inkişaf edib, dövlət büdcəsi isə 10 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR