Bank Of Baku

YAP-ın sədr müavini: “Daxili problemlər müxalifətin radikal qanadının başını elə qarışdırıb ki, bütövlükdə ictimai proseslərdən kənarda qalıb”

YAP-ın sədr müavini: “Daxili problemlər müxalifətin radikal qanadının başını elə qarışdırıb ki, bütövlükdə ictimai proseslərdən kənarda qalıb”
# 23 dekabr 2010 15:45 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri müavini, partiyanın icra katibi Əli Əhmədov YAP-ın saytına müsahibəsində deyib. O, xatırladıb ki, seçkilərin nəticəsinə görə, YAP-dan 71 nəfər Milli Məclisdə təmsil olunmaq hüququ qazanıb, bu da parlamentdəki yerlərin 50 faizdən bir qədər çoxunu təşkil edir. “2010-cu il seçki kampaniyası Azərbaycanın siyasi həyatı üçün artıq yenilik olmayan bir həqiqəti də yenidən təsdiqləyib. Bu isə ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının günü-gündən artan ictimai nüfuzu fonunda müxalifətin, xüsusilə, onun aqressiv hissəsinin mövqelərinin getdikcə zəiflədiyi faktı özünün təsdiqini tapıb. Güman edirəm ki, müxalifət partiyalarının mövqelərinin zəifləməsini onların bu günə qədər sərgilədikləri davranışlarının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Reallıq ondan ibarətdir ki, Azərbaycan müxalifətinin əhəmiyyətli bir hissəsi sanki bir virtual məkanda mövcuddur. Onlar Azərbaycan reallıqlarından, xüsusilə Azərbaycan seçicilərinin maraqlarından, düşüncələrindən, istəklərindən tamamilə kənar düşüblər.
Təbii ki, hər bir siyasi təşkilat özünün dəstəyini yalnız seçicilərinin içərisində qazana bilər. Amma Azərbaycan müxalifətinin radikal qanadı daha çox özünün yaratdığı daxili problemlərlə məşğul olmaqdadır. Bu problemlər onların başını elə qarışdırıb ki, bütövlükdə ictimai proseslərdən kənarda qalıblar”, - deyə Ə. Əhmədov qeyd edib.

Ə. Əhmədov 2010-cu il ərzində YAP-ın sıralarına 20 mindən çox yeni üzv daxil olduğunu, partiya üzvlərinin sayının 530 minə yaxınlaşdığını bildirib: “Əminliklə deyə bilərəm ki, YAP 2011-ci ilə böyük ümidlərlə daxil olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR