Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri: “Dini etiqad - insanın təbii hüquqlarının təzahür formalarından biridir” – MÜSAHİBƏ
- Məsələ burasındadır ki, din insan həyatının əsas elementlərindən biri və xalqın tarixi təfəkkürünün əsas atributlarındandır. Bu iki nüansı nəzərə alsaq, bu mövzunun insanların diqqətini nə üçün cəlb etdiyini anlamaq çətin deyil. Eyni zamanda bizim xalq ən yeni tarixində iki dəfə - XX əsrin əvvəllərində və sonunda – dünyəvi dövlət lehinə seçim edib. Azərbaycanda dinlə dövlət münasibətləri möhkəm əsaslar və qarşılıqlı anlaşma üzərində qurulub. Zəngin dövlətçilik ənənələrinə malik ölkələrdə bu qarşılıqlı anlaşmaya nail olmaq üçün əsrlərlə vaxt tələb olunub. Biz isə bu yolu cəmi 20 ilə keçmişik. Din-dövlət münasibətlərinin tənzimlənməsi məsələsi təcrübə, səy və daimi dialoq tələb edir. Azərbaycan Konstitusiyası bütün sahələrdə dünyəvi model seçimini təsdiqləyir. O, təkcə pulsuz təhsilə deyil, yetkinlik yaşına çatana kimi şəxsiyyətin formalaşmasının qarantı kimi çıxış edir. Dövlət vətəndaşın şüurlu fərdə çevrilməsinin qarantıdır və nə qədər ki o yetkinlik yaşına çatmayıb – yeri gəlmişkən, bu dini kontekstdə də mühümdür – insanın vətəndaş kimi formalaşması məsuliyyəti dövlətin çiyinlərinə düşür. Məsələyə bu mövqedən yanaşdıqda, Təhsil Nazirliyinin atdığı addımları anlamaq lazımdır.
İnam və dini dəyərlər – vətəndaşın şüurlu şəkildə seçimidir və dünyada qəbul olunan dinlərdən heç biri məcburi seçim tərəfdarı deyil. Ümumilikdə belə qəbul olunub ki, vətəndaş yetkinlik yaşına çatdıqdan sonra seçim etmək hüququna malik olur. Bu, təkcə siyasi seçim etmək hüququna deyil, həm də həyat yolu, o cümlədən dini mənsubiyyət seçiminə şamil edilir. Azərbaycan dövləti seçim prosesinə müdaxilə etmir, vətəndaşa mənəvi dəyərlər haqqında obyektiv informasiya verməklə bilavasitə onu şüurlu şəkildə seçim prosesinə hazırlamağı öz borcu hesab edir. Bu baxımdan, məktəb şüurlu yanaşma və müxtəlif dünyagörüşlərini dərk etmək üçün bərabər şərait yaradan neytral həlqə rolunu oynamalıdır. Buna görə də bu və ya digər dinin ayrı-ayrı aspektlərini orta təhsilə daxil etmək, vətəndaş və şəxsiyyətin formalaşması prosesinin əsas və neytral qarantı olan məktəbin statusunu pozmuş olur.
Dini etiqad – insanın təbii hüquqlarının təzahür formalarından biridir. Onun qanun çərçivəsində reallaşdırılması və çoxluğun hüquqlarının pozulmaması ictimai münasibətlərin əsas atributudur. Azərbaycanda etiqad məsələsi hər bir vətəndaşın şəxsi seçiminə aid olan məsələdir, vətəndaş öz istəyi və həyati tələbatlarına uyğun olaraq öz mənəvi-etik dəyərlər toplusunu, öz dəyərlər sistemini və atribut daşıyıcılarını seçir.
- Bir sıra kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələri çox böyük səy sərf edərək bu mövzunu kütləviləşdirir, onu guya ki Azərbaycanda islam əleyhinə kampaniya aparılması kimi qələmə verməyə çalışır.
- Azərbaycanda Konstitusiyaya görə din dövlətdən ayrıdır. Deməli, din siyasətdən də ayrıdır. Bizdə din xadimlərinə siyasətlə məşğul olmaq qadağan edilib və bu, dünyəvi modelin normalarına uyğundur. Din həyatımızın bir hissəsidir, lakin o, siyasi münasibətlər faktoruna çevrilməməlidir. Görünür, ölkədə yaradılan ictimai-siyasi sabitlik nəticəsində bəzi dairələrə öz mövcudluqlarını sübut etmək üçün dini aktivlik pərdəsinə bürünməkdən başqa çıxış yolu qalmır. Eyni zamanda bunun bəzən ölkə xaricindən verilən sifariş əsasında həyata keçirilməsi faktını da gizlətməməliyik.
Azərbaycan əhalisinin böyük hissəsi islam dininə sitayiş edir. Biz dövlət səviyyəsində müsəlman bayramlarını qeyd edir, ənənələrə hörmətlə yanaşır, İslam dininə aid məbədləri mühafizə edir, həmçinin xristianlıq və iudaizm kimi digər dinlərin də qorunub saxlanması və inkişaf etdirilməsinin qarantı kimi çıxış edirik.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev dəfələrlə bəyan edib ki, “dini-mənəvi dəyərlərin səmərəli istifadə olunması, hər bir ölkə, hər bir xalq və hər bir din üçün çox əhəmiyyətlidir”. Bu mövqe ölkəmizin həyatında dəyişməz qalmaqdadır. Prezident İlham Əliyev Azərbaycan xalqının həyatında dinə, mənəvi dəyərlərə və onların mühümlüyünə xüsusi əhəmiyyət verir. Son illər onun təşəbbüsü ilə Azərbaycan xalqının mənəvi zənginliyini və müxtəlifliyini təcəssüm etdirən, tarixi əhəmiyyət daşıyan yüzlərlə məscid, xeyli sayda kilsə və sinaqoq əsaslı şəkildə bərpa olunaraq qapılarını vətəndaşların üzünə açıbdır. Prezident dəfələrlə bəyan edib ki, “müstəqillik dövründə dinlə dövlət arasında formalaşan münasibətlər bu gün Azərbaycanın uğurlu inkişafını təmin edir”. Bu inkişaf beynəlxalq səviyyədə də tanınıb. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunub, 2010-cu ildə Bakı Dünya Dini Liderlərinin Sammitinin keçirildiyi məkan olub. Əminliklə demək olar ki, Azərbaycana tədricən dinlərarası və mədəniyyətlərarası dialoqun qlobal mərkəzinə çevrilməkdədir.
Bütün bunlar bir daha təsdiqləyir ki, tolerantlığımız – geosiyasi nöqteyi-nəzərdən mürəkkəb regionda yerləşən Azərbaycan dövlətinin səmərəli və hərtərəfli inkişafının, bütövlüyünün və sabitliyin qarantıdır.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır
Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzadıb
ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb
Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb
UEFA Avropa Liqası: “Beşiktaş” böyük hesablı qələbə qazanıb
Makron Fransada yanacağın qiymətlərini dözülməz adlandırıb
Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
ABŞ İranın əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak üçün viza verib
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB