Bank Of Baku

YAP-ın və Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilib

YAP-ın və Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilib
# 24 dekabr 2010 08:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) və Bakının Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonun ərazisində ağacəkmə kampaniyası keçirilib. APA-nın məlumatına görə, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, onun müavini Siyavuş Novruzov, Milli Məclisin sədr müavinləri Bahar Muradova və Valeh Ələsgərov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP-çı deputatlar kampaniyada iştirak edib. “Ekologiya ili” çərçivəsində keçirilən kampaniya Azərbaycan prezidenti İlham Əliyevin doğum gününə həsr olunub.

Ə. Əhmədov jurnalistlərə açıqlamasında ağacəkmə kampaniyasının əhəmiyyətindən danışıb və Azərbaycan prezidentini doğum günü münasibətilə təbrik edib.

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı A. Fərzəliyev 1 hektar ərazidə ümumilikdə 350 ağac əkildiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR