Bank Of Baku

YAP Səbail rayon təşkilatının yeni binası istifadəyə verilib - FOTOSESSİYA

YAP Səbail rayon təşkilatının yeni binası istifadəyə verilib - <font color=red>FOTOSESSİYA</font>
# 24 dekabr 2010 10:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının yeni inzibati binası istifadəyə verilib. APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirə YAP rəsmiləri, hakim partiyadan olan millət vəkilləri qatılıb.

Binanın açılışında iştirak edən YAP icra katibi Əli Əhmədov deyib ki, binanın prezident İlham Əliyevin doğum günündə açılması böyük əhəmiyyət kəsb edir. O, bu il partiya sıralarına 25 min yeni üzvün qəbul edildiyini söyləyib.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yeni bina və orada yaradılan şəraitdən danışıblar.

Sonda YAP rəhbərliyi bina ilə tanış olub. Binanın tikintisinə rəhbərlik etmiş şəxsə avtomobil hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR