Bank Of Baku

Adil Qeybulla: “Nüşabə Sadıxlını oyuna saldılar, o da həmin oyunda iştirak elədi”

Adil Qeybulla: “Nüşabə Sadıxlını oyuna saldılar, o da həmin oyunda iştirak elədi”
# 24 dekabr 2010 14:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Adil Qeybulla mənə təklif etmişdi ki, Müsavatın Məclis sədrliyinə namizədliyə iddialı olacağamsa, bu barədə fikrimi ona deyim, iddiasını geri götürsün. Mən də Divanın sonuncu iclası zamanı iddiamı ortaya qoydum. Ancaq o, iddiasından geri çəkilmədi. Buna görə də qərara alındı ki, konsensus əldə olunsun. Heç kəsin inciməməsi üçün bu fikirlə razılaşdım”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Nüşabə Sadıxlı deyib. O bildirib ki, Müsavat Məclisinə sədr olmaq üçün namizədliyini irəli sürərkən heç kimlə, o cümlədən Müsavat Partiyasının başqanı İsa Qəmbərlə məsləhətləşməyib: “Mənim geri çəkilməməyim sırf Adil bəylə bağlı məsələ deyil. Mən onun xətrini çox istəyirəm, o, həm çox ləyaqətli müsavatçı, həm gözəl mütəxəssis, həm də dəyərli insandır”.

N. Sadıxlı Məclis sədrliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı məsələdə hansısa Nizamnamə pozuntusu görmədiyini də qeyd edib.

Müsavat Divanının üzvü Adil Qeybulla isə APA-ya açıqlamasında deyib ki, Nüşabə Sadıxlı Müsavat Partiyasının siyasətini müəyyənləşdirən şəxs deyil: “O nə deyib, nə deməyib, əhəmiyyəti yoxdur. Onu oyuna saldılar, o da həmin oyunda öz iradəsindən asılı olaraq, ya da olmayaraq iştirak elədi. Nəticədə də belə alındı. Həm də söhbət təkcə Məclis sədrliyi məsələsindən getmir. Biz tamamilə başqa prinsipial məsələləri ortaya qoyuruq. Sağlıq olsun, Məclisin iclası keçirilsin, bu barədə ətraflı danışacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR