Bank Of Baku

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 1 yaşı qeyd edilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 1 yaşı qeyd edilib
# 24 dekabr 2010 15:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Gülüstan” Sarayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təsis olunmasının bir illiyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, ittifaqın sədri Şahin İsmayılov bildirib ki, ATGTİ 39 dövlət və özəl ali məktəblərin tələbə-gənclər təşkilatlarını özündə birləşdirir. İttifaqın beynəlxalq əlaqələrinə də toxunan Ş. İsmayılov Bakıda GUAM ölkələrinin gənc liderlərinin forumunun təşkil olunduğunu xatırladıb. O, bütün tələbələri ATGTİ ilə əməkdaşlığa çağırıb.

Mərasimdə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda tələbə-gənclər hərəkatının qənaətbəxş fəaliyyətindən danışıblar, 1 yaşı tamam olan ATGTİ-nin fəaliyyətinə uğurlar arzulayıblar. Tədbirə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov da qatılıb.

Mərasim ədəbi-bədii hissə ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR