Bank Of Baku

Azərbaycan prezidenti Bakıda Koroğlunun abidəsinin ucaldılması barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti Bakıda Koroğlunun abidəsinin ucaldılması barədə sərəncam imzalayıb
# 24 dekabr 2010 17:03 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamda Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlunun milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk olunduğu vurğulanıb. Prezident Azərbaycanın xalq qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və onların adlarının daim yad edilməsinin gənc nəslin mədəni-tarixi irsə bağlılıq ruhunda tərbiyə olunması baxımından müstəsna əhəmiyyətini nəzərə alaraq Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılması barədə sərəncam imzalayıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR