Prezident İlham Əliyev: «Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 75 faizini təşkil edir»
Onun sözlərinə görə, Azərbaycanın inkişafı, bölgədəki mövqelərinin möhkəmlənməsi artıq reallıqdır. «Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Azərbaycanın iqtisadi perspektivləri çox gözəldir. Belə olan halda bütün imkanlarımızı səfərbər edib Azərbaycanda çox güclü sosial siyasətin aparılmasına yönəldirik.
Bu gün iqtisadi potensialımız artıq dünya birliyində də qiymətləndirilir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Azərbaycan bütün reytinqlərdə qabaqcıl yerlərdədir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Biz gələcək fəaliyyətimizdə də bu əsas iki amili həmişə diqqətdə saxlayacağıq: güclü iqtisadiyyat və güclü sosial siyasət. Növbədə dayanan bütün müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri növbəti illərdə evlərlə, mənzillərlə təmin ediləcəklər».
Öz çıxışında prezident Qarabağ münaqişəsinə də toxunub: «Biz eyni zamanda ordumuzu gücləndiririk. Biz ordu quruculuğuna çox böyük diqqət göstəririk, çox böyük maliyyə vəsaiti ayrılır. Ordumuz bu bölgədə ən qüdrətli, ən güclü ordudur və ordu quruculuğuna yetirilən diqqət özünü göstərir. Torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Biz erməni işğalına məruz qalmışıq. 1990-cı illərin əvvəllərində Ermənistan və onun xaricdəki havadarları Azərbaycanda qeyri-sabit vəziyyətdən, hərc-mərclikdən istifadə edərək torpaqlarımızın bir hissəsini zəbt edib. Bu gün Azərbaycan ən qüdrətli hərbi potensiala malikdir. Bu gün bizim həm iqtisadi, həm siyasi, həm hərbi potensialımız Ermənistanla müqayisəedilməz səviyyədədir. Biz çalışırıq ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Ancaq siz görürsünüz ki, bu hələ mümkün deyil. Belə olan halda, əlbəttə ki, biz bütün başqa variantlara da hazır olmalıyıq. Ordu quruculuğuna ayrılan vəsait, görülən tədbirlər, orduda peşəkarlığın artırılması, mütəmadi qaydada təlimlərin keçirilməsi, yeni silah-sursat, texnikanın alınması və Azərbaycanda istehsal olunmasının məqsədi ondan ibarətdir ki, əgər danışıqlar nəticə verməsə, torpaqlarımız hərbi yolla azad olunmalıdır. Bu reallıqdır və ölkə qarşısında duran bu ən ağrılı, ən çətin problem həllini tapmalıdır. Atəşkəs dövründə Azərbaycan böyük və uğurlu yol keçib. Əgər 1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında iqtisadi, yaxud da, hərbi sahədə tarazlıq mövcud idisə, bu gün artıq çoxdandır ki, biz bu tarazlığı pozmuşuq. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 75 faizini təşkil edir. Azərbaycanda yaranmış maliyyə imkanları bizə imkan verir ki, istənilən məsələni öz xeyrimizə həll edək. Ermənistan tərəfi, əlbəttə ki, bu reallıqları dərk edir, başa düşür və hesablaşmalıdır. Təsadüfi deyil ki, son aylar ərzində onların isterik hərəkətləri ona gətirib çıxarıb ki, onların qorxu içində olması artıq bütün dünyaya bəllidir. Bu həqiqətdir və nə qədər ki, Azərbaycan torpaqları işğal altında qalacaq, Ermənistan o qədər qorxu içində yaşayacaq. Heç kim istəməz ki, onun qonşusu ona qarşı pis niyyətdə olsun. Amma bizim başqa seçimimiz yoxdur. Əgər Ermənistan öz xoşu ilə beynəlxalq hüquq normalarına uyğun şəkildə Azərbaycan torpaqlarından qüvvələrini geri çəksə, o zaman bölgədə sülh və əmin-amanlıq yaranacaq. Nə vaxta qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan və onun rəhbərləri bilməlidirlər ki, Azərbaycan xalqı istənilən anda öz ərazisində istənilən hərbi əməliyyatı keçirə bilər. Bu imkanları bizə beynəlxalq hüquq normaları yaradır».
İlham Əliyev bildirib ki, Azərbaycanın imkanları gündən-günə artır və gələcəkdə daha da artacaq: «Azərbaycan artıq güclü regional dövlətdir. Azərbaycanla hesablaşmamaq mümkün deyil. Bizim iştirakımız, yaxud da ki, müsbət münasibətimiz olmadan bu bölgədə istər siyasi, istərsə də iqtisadi və başqa heç bir layihə, heç bir təşəbbüs həll edilə bilməz. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb və getdikcə imkanlarımız daha da genişlənəcək. Çünki çox yaxşı bilirik ki, bizi nələr gözləyir. Bizim gələcəyimizin təməli bax, bu illərdə qurulur. Bu gün görülən işlər, iqtisadiyyata qoyulan investisiyalar, neft-qaz, infrastruktur layihələri gələcəyə yönəldilibdir. Azərbaycan xalqının uzunmüddətli, uğurlu, dayanıqlı inkişafının təməli bu günlərdə qoyulub. Bu möhkəm təməl üzərində ölkəmiz daha da güclənəcək və qarşımızda duran bütün vəzifələr həllini tapacaq».
İlin yekunları haqqında danışan prezident 2010-cu ilin də ölkə üçün uğurlu olduğunu vurğulayıb: «Baxmayaraq ki, 2010-cu il bizim üçün o qədər də yaxşı başlamamışdı. Bilirsiniz ki, təbii fəlakətlə üzləşmişdik, iqtisadi böhran öz mənfi nəticələrini göstərməyə davam etmişdi. Buna baxmayaraq, biz bütün sınaqlardan şərəflə çıxdıq, 2010-cu ili uğurla başa vururuq və 2011-ci il üçün artıq konkret proqramlarımız və iş cədvəlimiz var».
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb
UEFA Avropa Liqası: “Beşiktaş” böyük hesablı qələbə qazanıb
Makron Fransada yanacağın qiymətlərini dözülməz adlandırıb
Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
ABŞ İranın əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak üçün viza verib
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb