Bank Of Baku

Sabir Rüstəmxanlı: “Gec-tez partiya sədrliyindən gedəcəyəm”

Sabir Rüstəmxanlı: “Gec-tez partiya sədrliyindən gedəcəyəm”
# 27 dekabr 2010 10:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının IX konfransı keçirilib. VHP Gənclər Təşkilatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda çıxış edən VHP sədr Sabir Rüstəmxanlı partiyanın proseslərə yanaşması və fəaliyyəti barədə danışıb. Gəncləri ictimai-siyasi proseslərdə aktiv olmağa çağıran millət vəkili gec-tez sədrlikdən gedəcəyini bəyan edib: “İstəyirəm özünüzü bu vəzifəyə də hazırlayasınız. Mən VHP-ni ayıq, fəal və partiyanın gələcəyini düşünən gənclərə etibar etmək niyyətindəyəm”.

Konfransda Emil Bağırov VHP Gənclər Təşkilatının sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR