Bank Of Baku

KXCP gələn il qurultay keçirəcək

KXCP gələn il qurultay keçirəcək
# 27 dekabr 2010 10:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. KXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada Qarabağ probleminin həlli, seçki qərargahının hesabatı, 2011-ci il üçün KXCP-nin fəaliyyət istiqamətləri, müxalifətin inteqrasiyasına münasibət, KXCP-nin II Qurultayına hazırlığın vəziyyəti, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı KXCP-nin xalqa müraciəti müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
Ali Məclis "KXCP-nin 2011-ci il üçün fəaliyyət istiqamətləri" haqqında İdarə Heyətinin təqdim etdiyi layihəni qəbul edib. II Qurultayın 2011-ci il iyunun 24-də keçirilməsi qərarlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR