Bank Of Baku

AXCP: Müsavat Partiyası ilə birləşmək məsələsi bitmiş sayıla bilməz

AXCP: Müsavat Partiyası ilə birləşmək məsələsi bitmiş sayıla bilməz
# 27 dekabr 2010 12:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat Partiyası il birləşmək barədə qurultayda verdiyi qərarının üstündə durmaqda davam edir”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, AXCP mübarizənin önündə duran ölkənin aparıcı təşkilatı kimi məsuliyyətini daha çox hiss edir: “Bu baxımdan, bu prosesin davam etdirilməsində qərarlıyıq. Hesab edirəm ki, Müsavat Məclisinin sonuncu iclasında birləşməklə bağlı qərarın qəbul olunmaması, ümumiyyətlə mövqe bildirilməməsi onu göstərir ki, Müsavat Partiyasında birləşməklə bağlı aparılan müzakirələr başa çatmayıb, ən azı indiki atmosfer, indiki münasibətlər bu məsələyə “yox” deyilməsinə imkan vermir. Ona görə də düşünürük ki, birləşməklə bağlı hələ də imkanlar qalır. Güman edirik ki, bu məsələ ilə bağlı son sözü Müsavat Partiyasının qurultayı deyəcək. Biz o zamana qədər bu prosesi davam etdirmək niyyətindəyik və hesab edirik ki, bu, təkcə AXCP-nin deyil, həm də Azərbaycan cəmiyyətinin istəyidir”.

Müsavatla birləşmək məsələsi AXCP Rəyasət Heyətinin bu gün keçirilən iclasında da müzakirə olunub. Qeyd olunub ki, Müsavat Partiyası ilə birləşmək məsələsi bitmiş sayıla bilməz, ona görə də AXCP birləşməklə bağlı prosesi davam etdirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR