Bank Of Baku

Demokratiya Uğrunda İttifaqda dekabrın 28-də Müsavat Partiyasının qərargahında keçiriləcək forumda iştirakla bağlı fikir ayrılığı yaranıb

Demokratiya Uğrunda İttifaqda dekabrın 28-də Müsavat Partiyasının qərargahında keçiriləcək forumda iştirakla bağlı fikir ayrılığı yaranıb
# 27 dekabr 2010 13:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının iclası keçirilib.

DUİ-dən APA-ya verilən məlumata görə, iclasda dekabrın 28-də Müsavat Partiyasının qərargahında keçiriləcək forumla bağlı aparılan müzakirələrdə ittifaqa üzv olan təşkilatlar arasında fikir ayrılığı yaranıb. İttifaqa daxil olan Milli Qurtuluş, Azadlıq və Böyük Azərbaycan partiyaları Müsavat Partiyasının qərargahında keçiriləcək forumda iştirakdan imtina edib.

Bundan sonra toplantıya ara vermək qərara alınıb və KXCP İdarə Heyəti forumla əlaqədar yekun qərar vermək üçün fövqəladə iclas çağırıb. Günün sonuna kimi KXCP İdarə Heyətinin yekun mövqeyi müəyyənləşəcək. Saat 18.00-da DUİ SŞ-nın keçiriləcək toplantısında DUİ-nin forumda iştirak edib-etməyəcəyinə aydınlıq gələcək.

Qeyd edək ki, dekabrın 28-də Müsavat Partiyasının qərargahında 7 noyabrda keçirilən parlament seçkilərinin nəticələrindən narazı qalan sabiq deputatlığa namizədlərin forumu keçiriləcək. İndiyədək artıq bir neçə analoji forum keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR