Bank Of Baku

Milli Məclisin üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hərbi hissələrə baş çəkiblər

Milli Məclisin üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hərbi hissələrə baş çəkiblər
# 27 dekabr 2010 14:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycan Milli Məclisinin bir qrup üzvü 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə Bərdə və Naftalandakı hərbi hissələrdə olublar. APA-nın məlumatına görə, deputatlar Qənirə Paşayeva, Zahid Oruc və Mahir Aslanov, həmçinin Goranboy və Naftalan rayon icra hakimiyyətlərinin başçıları, veteran təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə şəxsi heyətin bayram münasibətilə təbrik edilib.

Millət vəkili Zahid Orucun APA-ya verdiyi məlumata görə, deputatlar hərbçilər qarşısında çıxış edərək Silahlı Qüvvələrə göstərilən dövlət qayğısından danışıb, onlara xidmətlərində uğurlar arzulayıblar. Tədbirdə qeyd olunub ki, bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri altında dövlətin ərazi bütövlüyünü təmin etmək, torpaqları işğaldan azad etmək imkanlarına malikdir. Daha sonra xidmətdə fərqlənən hərbçilərə hədiyyələr təqdim olunub. Tədbirin sonunda Azərbaycanın tanınmış müğənniləri hərbçilər qarşısında konsert proqramı ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR