Bank Of Baku

DİU Sədrlər Şurası sabah Müsavat Partiyasında keçirilməsi nəzərdə tutulan foruma qatılmamaq barədə qərar qəbul edib

DİU Sədrlər Şurası sabah Müsavat Partiyasında keçirilməsi nəzərdə tutulan foruma qatılmamaq barədə qərar qəbul edib
# 27 dekabr 2010 15:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının iclası axşam saatlarında da davam etdirilib.

DUİ-dən APA-ya verilən məlumata görə, iclasda DUİ-yə üzv olan partiyalar dekabrın 28-də Müsavat Partiyasının qərargahında 7 noyabrda keçirilən parlament seçkilərinin nəticələrindən narazı qalan sabiq deputatlığa namizədlərin forumunda iştirak edib-etməyəcəyi ilə bağlı mövqeyini müəyyənləşdirib. Sədrlər Şurası DUİ-yə daxil olan partiyaların hamısının forumda iştirak etməməsini, o cümlədən forumun birləşmə adı altında müxalifətin parçalanmasına yönəldiyini əsas gətirərək, DUİ-nin dekabrın 28-də Müsavat Partiyasında keçirilməsi nəzərdə tutulan foruma qatılmamaq barədə qərar qəbul edib.

Xatırladaq ki, günün birinci yarısında DUİ Sədrlər Şurasının iclasda dekabrın 28-də Müsavat Partiyasının qərargahında keçiriləcək forumla bağlı aparılan müzakirələr zamanı ittifaqa üzv olan təşkilatlar arasında fikir ayrılığı yaranıb. İttifaqa daxil olan Milli Qurtuluş, Azadlıq və Böyük Azərbaycan partiyaları Müsavat Partiyasının qərargahında keçiriləcək forumda iştirakdan imtina edib. Bundan sonra toplantıya ara vermək qərara alınıb və KXCP İdarə Heyəti forumla əlaqədar yekun qərar vermək üçün fövqəladə iclas çağırıb.

Qeyd edək ki, dekabrın 28-də Müsavat Partiyasının qərargahında 7 noyabrda keçirilən parlament seçkilərinin nəticələrindən narazı qalan sabiq deputatlığa namizədlərin forumu keçiriləcək. İndiyədək artıq bir neçə analoji forum keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR