Bank Of Baku

Nüşabə Sadıxlı: “Adil Qeybullanın dediklərinə əhəmiyyət vermirəm”

Nüşabə Sadıxlı: “Adil Qeybullanın dediklərinə əhəmiyyət vermirəm”
# 27 dekabr 2010 16:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Mən Müsavat Məclisinin sonuncu iclasında Adil Qeybullanın ünvanına heç bir təhqiramiz söz deməmişəm. Bunu ona necə çatdırıblar, bilmirəm. O məni mətbuatda ittiham edirdi ki, Nüşabə Sadıxlını oyuna salıblar, tapşırıqla hərəkət eləmişəm-filan. Mən də iclasda Məclis üzvlərinə məlumat verdim ki, məsələ necə olub”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının və Məclisinin üzvü Nüşabə Sadıxlı deyib. Uzun müddətdir, siyasətlə məşğul olduğunu söyləyən N. Sadıxlı Əbülfəz Elçibəyin müşaviri, KXCP sədri Mirmahmud Mirəlioğlunun müavini olduğunu xatırladıb: “İndi də Müsavat Divanının üzvüyəm. Necə ola bilər ki, siyasi proseslərdə Adil bəy məndən daha ötkəm, siyasi proseslərə onun müdaxiləsi məndən daha artıq olsun? O necə deyibsə mən də o cür deyirəm: Adil bəyin də dediklərinə mən heç bir əhəmiyyət vermirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR