Bank Of Baku

“Qarabağ” siyasi blokunun yaradılması barədə razılıq əldə olunub

“Qarabağ” siyasi blokunun yaradılması barədə razılıq əldə olunub
# 28 dekabr 2010 10:39 (UTC +04:00)
Bakı-APA. Bu gün ADP mərkəzi qərargahında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə və ADP sədri Sərdar Cəlaloğlu arasında görüş keçirilib. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda ictimai siyasi vəziyyət, siyasi müxalifətin qarşısında duran əsas problemlər və Azərbaycanın siyasi inkişaf istiqamətləri haqqında geniş fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin milli məsələlərə yanaşmanın, siyasi məqsəd və vasitələrin uyğunluğu və xüsusən 2010-cu il parlament seçkiləri ərəfəsində yaradılmış “Qarabağ” Seçki Blokunun fəaliyyəti nəzərə alınaraq Ümid və ADP-nin təsisçiliyi ilə Qarabağ Siyasi Blokunun elan edilməsi ilə bağlı razılıq əldə edilib. Blokun təsis edilməsi prosesinin 2011-ci il yanvar ayının birinci ongünlüyündə başlanması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR