Bank Of Baku

Azərbaycanda Demokratiya Uğrunda Vətəndaş Hərəkatı – İctimai Palata yaradılıb

Azərbaycanda Demokratiya Uğrunda Vətəndaş Hərəkatı – İctimai Palata yaradılıb
# 28 dekabr 2010 11:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının qərargahında müxalifətin III forumu keçirilib. APA-nın xəbərinə görə, forumda Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP sədri Yusif Bağırzadə, bir sıra QHT rəhbərləri, 7 noyabr parlament seçkilərinin nəticələrindən narazı qalan deputatlığa namizədlər iştirak ediblər. Tədbirdə İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn çıxış edib.

Forumda bildirilib ki, bir müddət əvvəl təklif olunan Demokratiya Uğrunda Vətəndaş Hərəkatının-İctimai Palatanın yaradılması barədə bəyannamə layihəsi hazırlanıb. Layihəyə əsasən, İctimai Palata Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluqlu, inkişaf strategiyası sahəsində tədqiqatlar aparmaq, layihələr (o cümlədən qanun layihələri), proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaq və digər işlər görmək məqsədi ilə yaradılır. Forum iştirakçıları Bəyannaməni qəbul ediblər.

İctimai Palatanın 9 nəfərdən ibarət Koordinasiya Şurası da yaradılıb. Koordinasiya Şurası üzvlərinin yarısı siyasi partiyaların, yarısı vətəndaş cəmiyyətinin təmsilçiləridir. İsa Qəmbər, Əli Kərimli, Yusif Bağırzadə, Pənah Hüseyn, Mirvari Qəhrəmanlı, Aqil Səmədbəyli, Ənnağı Hacıbəyli, Vidadi Mirkamal və Hacı İlqar İbrahimoğlu Koordinasiya Şurasının üzvü seçiliblər.

Tədbirdə çıxış edən sabiq millət vəkili Pənah Hüseyn Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun da Koordinasiya Şurasına üzvlüyünü təklif edib. Forumda qeyd olunub ki, bunun üçün əvvəlcə M. Mirəlioğlunun özünün razılığı alınmalıdır.

Qeyd olunub ki, Şura İctimai Palatanı təmsil edir və onun adından qərarlar qəbul edə, bəyanatlar, müraciətlər, sorğular verə bilər. Palatanın ayda bir dəfə açıq iclasını keçirmək nəzərdə tutulur.

Palata Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR