Bank Of Baku

Prezident İlham Əliyev Silahlı Qüvvələrin intizam, qarovul xidmətləri və daxili xidmət nizamnamələrinə dəyişikliklər haqqında qanunların tətbiqinə dair fərman imzalayıb

Prezident İlham Əliyev Silahlı Qüvvələrin intizam, qarovul xidmətləri və daxili xidmət nizamnamələrinə dəyişikliklər haqqında qanunların tətbiqinə dair fərman imzalayıb
# 28 dekabr 2010 14:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Qanununun tətbiqinə dair fərman imzalayıb. Bu barədə APA-ya prezidentin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Milli Məclis tərəfindən oktyabrın 22-də sözügedən sənədlərə dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edilib. Dəyişikliklərə əsasən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin tərkibində hərbi hisslərdə baş verən qanun pozuntularını araşdırmaq və təhqiqat aparmaq üçün beş regional idarə yaradılması nəzərdə tutulur. Bu idarə hərbi hissələrə tabe olmadan, müvafiq icra hakimiyyəti orqanına (Müdafiə Nazirliyi) aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə cinayət işi başlayacaq və təhqiqat aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR